19 oktyabr 2015 16:20
Rəvanla Spartakın cavab matçının başlama saatı açıqlandı
UEFA Gənclər Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Rəvan"la Rusiyanın "Spartak" klubu arasında keçiriləcək cavab matçının başlama saatı açıqlanıb. Azerisport.az xəbər verir ki, bu oyun oktyabrın 21-də "Dalğa Arena"da baş tutacaq və saat 19:00-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında Moskvada keçirilmiş ilk oyun 4:0 hesabıyla rusların xeyrinə bitmişdi.
