19 oktyabr 2015 15:40
Fluminensenin saytı Neftçi ilə əməkdaşlıqdan yazdı
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Braziliyanın "Fluminense" klubunun rəsmisi Marselo Teyşeyra Bakıya səfərə gəlmişdi. Azerisport.az xəbər verir ki, bu səfərdə məqsəd sözügedən klubla "Neftçi" arasındakı əməkdaşlığı daha da inkişaf etdirməyə hesablanmışdı.
Artıq bu səfərlə bağlı Braziliya klubunun rəsmi saytı da məlumat yayıb. Məlumatda Teyşeyranın Azərbaycan mətbuatına verdiyi açıqlamalar, onun ölkəmizdə keçirdiyi görüşlər və başqa məsələlərə yer verilib.


