19 oktyabr 2015 13:30
Monako - Qarabağ matçı 5-25 avroya
Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək Fransa "Monako"su ilə Azərbaycan çempionu "Qarabağ" arasındakı matçın biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, knyazlıq təmsilçisi komandamızla oyunun biletlərinə sektorlardan asılı olaraq, 5-25 avro aralığında qiymətlər qoyub.
Qeyd edək ki, "Monako" - "Qarabağ" matçı oktyabrın 22-də "Lui II" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
