19 oktyabr 2015 11:15

Anyete: Neftçi fanatları narazı olmaqda haqlıdırlar

"Neftçi"nin hücumçusu Anyete Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Qəbələ"yə qarşı oyundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyun haqda nə deyə bilərsiniz?
- Siz də hamı kimi gördünüz ki, komandamız sonadək çalışdı. Amma təəssüf ki, son anda buraxdıığımız qol bütün əziyyətimizin üzərindən xətt çəkdi.

- Bəs komandada nə çatışmadı?
- "Neftçi" uğursuzluqla üzləşdi. Həm də bu, cari mövsümdə ilk belə hal deyil. Amma mən komandamızın doğru yolda olduğunu düşünürəm. Sadəcə, bizim bəxtimiz gətirmir.

- Komandanız hazırda 6-cı pillədə qərarlaşıb. Yəqin ki, bura gələrkən hər şeyin bu qədər pis alınacağınızı düşünmürdünüz...
- Əlbəttə. Mən böyük kluba gəldiyimi bilirdim. Amma həmişə belə olacağını düşünmürəm. İnanıram ki, indiki çətinlikləri geridə qoymağı bacaracağıq.

- Sona 15 dəqiqə qalmış meydana çıxdınız. Bir hücumçu kimi daha tez mübarizəyə qoşulmaq istəyiniz var idimi?
- Mən meydana çıxıb komandama kömək etmək istəyirdim. Amma meydanda olanlar da bunun üçün əllərindən gələni etdilər.

- Yəqin ki, azarkeşlərin komandanın çıxışından necə narazı qaldığını hiss etdiniz...
- Onlar bizdən narazı olmaqda haqlıdırlar. "Neftçi" belə vəziyyətdə olmalı klub deyil. Biz onların hisslərini başa düşürük və vəziyyəti dəyişməyə çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.