19 oktyabr 2015 00:40

Qəbələnin tədbirində nələr baş verdi?

UEFA Avropa Liqasının qrup mərhələsinin oktyabrın 22-də keçiriləcək “Borussiya” (Dortmund, Almaniya) ilə oyun öncəsi “Qəbələ”nin üzvləri ilə media nümayəndələri və azarkeşlər arasında görüş keçirilib. Azerisport.az xəbər verir ki, tədbir “Port Baku Mall”da yerləşən “Go Sport” İdman Malları Mağazasında baş tutub.

Görüşdə komandanın baş məşqçisi Roman Qriqorçuk, oyunçulardan Aleksey Qay, Ruslan Abışov və Aleksey Antonov iştirak ediblər. Futbol direktoru Toni Adams, klub rəsmiləri, köməkçi məşqçilər Mixaylo Savka, Sənan Qurbanov və Andrey Qluşenko, əvəzedici komandanın məşqçisi, klubun sabiq futbolçusu Elmar Baxşiyevin də qatıldığı tədbirə hücumçu Sergey Zenyov da təşrif buyurub. Tədbir iştirakçıları mağazanı gəzib, müştərilərə təklif olunan mallarla tanış olub. “Qəbələ” İdman Klubunun Media və Marketinq departamentinin rəhbəri Səməd Nəsibov çıxış edərək görüş, həmçinin “Forma al, qalib ol” kampaniyası haqda məlumat verib.

Ardınca media nümayəndələri və azarkeşlər arasında müsabiqələr keçirilib. Qriqorçuk, Qay, Abışov və Antonovla bağlı sualları tapan 8 qonaq – 4 azarkeş və 4 media nümayəndəsi klubun xüsusi hədiyyələri ilə mükafatlandırılıb. Eyni zamanda “Go Sport” İdman Malları Mağazası da qonaqlara 2 sualla müraciət edərək, qaliblərə mükafatlar təqdim edib. Bundan başqa, görüşdə iştirak edənlər futbolçularla şəkil çəkdiriblər. Tədbir zamanı komandanın baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandırıb. 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdıran mütəxəssis belə görüşlərin vacibliyini, eyni zamanda sevindirici olduğunu vurğulayıb. Qarşıdakı oyunun marağını və əhəmiyyətini qeyd edən baş məşqçi bütün azarkeşləri “Borussiya” ilə qarşılaşmanı izləməyə dəvət edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.