19 oktyabr 2015 00:25
Qəbələnin rəqibi 3 qol vurdu, 1 xal qazandı
Yunanıstan çempionatında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - PAOK da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "İraklis"lə qarşılaşıb. Matç 3:3 hesabı ilə bitib.
Qeyd edək ki, PAOK 7 turdan sonra 11 xalla 5-ci pillədə qərarlaşıb.
