19 oktyabr 2015 00:05
Qəbələnin rəqibi Anji ilə sülh bağladı
Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Krasnodar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Anji" ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Krasnodar" hazırda 15 xalla 9-cu pillədə qərarlaşıb.
