18 oktyabr 2015 21:00
Paşayev oynadı, komandası yenə darmadağına üzüldü
Ukrayna çempionatında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Metallurq" da növbəti matçına çıxıb.
Zaporojye klubu səfərdə Odessa "Çernomorets"i ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 2:5 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Pavel sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Metallurq" geridə qalan turlarda cəmi 3 xal qazanıb və 14 klub arasında sonuncu pillədə qərarlaşıb.
