18 oktyabr 2015 19:00
Qriqorçuk Ukrayna yığması ilə bağlı xəbərləri şərh etdi: Qəbələni sevirəm
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna yığmasını çalışdıracağı barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan tədbirdəki açıqlamasında bunları söyləyib:
"Belə suallara mənim bir cavabım olur - şərhsiz. "Qəbələ"yə hörmətlə yanaşıram, bu klubu sevirəm. Bütün diqqətimi ancaq bu komandanın uğur qazanmasına yönəltmişəm".
