18 oktyabr 2015 13:45
Karşıyaka Kamran Ağayevi və Azərbaycan xalqını təbrik etdi
Bu gün - 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Azerisport.az xəbər verir ki, bu münasibətlə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu Türkiyənin "Karşıyaka" klubu rəsmi "facebook" səhifəsi vasitəsilə təbrik mesajı buraxıb:
"Bu gün qardaş Azərbaycanın Müstəqillik günüdür. Qapıçımız Kamran Ağayevi və bütün azərbaycanlı qardaşlarımızı təbrik edirik. Ölkələri sonsuza qədər yaşasın!
"Karşıyaka" İdman klubu idarə heyəti".
