18 oktyabr 2015 11:30

Coşqun Diniyev: Monako ilə səfər matçından yaxşı nəticə ilə qayıda bilərik

"Qarabağ"ın yarımmüdafüəçisi Coşqun Diniyev Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri ev oyunundan (4:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- 4:1 hesablı qələbə sizin "Zirə" ilə oyunda elə də ciddi çətinlik çəkmədiyinizi göstərir...
- Oyunun çətin keçəcəyini bilirdik. Çünki "Zirə" də bizim kimi bu mövsüm hələ məğlubiyyətlə üzləşməmişdi. Bu üzdən oyuna ciddi hazırlaşmışdıq. Yeni arenamızda ilk qələbəmizi qazanmaq istəyirdik. Allaha şükürlər olsun ki, hər şey bizim istədiyimiz kimi oldu.

- "Qarabağ" matçın taleyini elə ilk yarıda həll etdi...
- Bəli, ilk yarıda üç qol vurmağa nail olduq. Amma "Zirə" elə komandadır ki, ikinci hissədə arxayınlaşsaydıq, bizi cəzalandıra bilərdi. Birinci hissədə biz qol vəziyyətlərindən yaxşı yararlandıq.

- Fasilədən sonra elə də fəal deyildiniz, daha çox top saxlamağa çalışırdınız...
- Bu, bizim oyun üslubumuzdur. Biz topu daha çox özümüzdə saxlamağa çalışırıq. İkinci yarıda fəal olmamağımızda yorğunluğun təsiri ola bilər. Üstəlik, hesab da xeyrimizə idi.

- Liderlik uğrunda "Qarabağ"ın əsas rəqibi "Qəbələ" görünür...
- Cəmi 8 tur geridə qalıb. Bizim hansı komandalarla çempionluq uğrunda mübarizə aparacağımızı indidən demək çətindir. Amma hamı deyir ki, bu mövsüm "Qarabağ"la "Qəbələ" çempionluğa əsas namizəddir. Bu mübarizədən qalib çıxmağa çalışacağıq.

- "Zirə"nin sizə məğlubiyyəti bu komandanın liderlər qrupunda yer almasının çətin olacağından xəbər vermir ki?
- Bu, bizim işimizdir. Biz hər matça üç xal üçün çıxırıq. Rəqibin kimliyinin bizim üçün fərqi yoxdur.

- Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Monako"su ilə matç öncəsi belə böyük hesablı qələbə komandadakı atmosferi daha da yaxşılaşdıra bilər?
- Əlbəttə. "Zirə" üzərindəki qələbə bizim üçün vacib idi.

- "Monako" Fransa çempionatında elə də yaxşı çıxış etmir. Bunu sizin üçün üstünlük saymaq olar?
- Onların uğursuz çıxışına baxmayaraq, "Monako" adlı-sanlı klubdur, zəngin tarixə malikdir. Bizi onlarla çox çətin oyun gözləyir. Üstəlik, oyun səfərdə olacaq. Rəqibi yaxşı analiz etməyə, güclü və zəif cəhətlərini öyrənməyə çalışacağıq. Uğurlu nəticə ilə qayıtmağa çalışacağıq.

- "Qarabağ" ötən mövsüm Fransanın daha məşhur klubu "Sent-Etyen"lə həm səfərdə, həm də evdə heç-heçə etmişdi...
- Elə qrupumuz var ki, istənilən komanda digərinə qalib gələ bilər. 90 dəqiqə ərzində meydanda kim daha yaxşı təsir bağışlayırsa, o da qalib gəlir.

- AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - İtaliya matçı göstərdi ki, Stefan Əl Şaaravini saxlamaq çox çətindir. Böyük ehtimalla o, "Monako"nun heyətində də sizə qarşı oynayacaq. Onu necə dayandırmağı düşünürsünüz?
- Əl Şaaravi dünyanın ulduz futbolçularından hesab olunur. Amma qarşısıalınmaz deyil. "Qarabağ"ın ondan qorxmasına ehtiyac olduğunu düşünmürəm. Düzdür, təhlükəli oyunçudur. Amma biz komanda oyunu sərgiləyə bilsək, Monakodan yaxşı nəticə ilə qayıda bilərik.

- Reynaldonun yoxluğu çıxışınıza təsir edə bilər?
- Oyunumuza təsir edə bilər, amma motivasiyaya yox. Bizim onu əvəzləyə biləcək futbolçularımız var. Bu barədə baş məşqçi də danışıb. Biz Reynaldosuz da "Monako"ya qarşı yaxşı çıxış etməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.