18 oktyabr 2015 21:50

XL AZAL-a qalib gəldi, İnter Sumqayıtla heç-heçə etdi

Bu gün Topaz Premyer Liqasında 8-ci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə də 2 görüş baş tutub.

Əvvəlcə “Xəzər Lənkəran” ev oyununda AZAL-la münasibətlərinə aydınlıq gətirib. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandaların duelində kimisə favorit göstərmək çətin idi. Amma gənclərin ümidinə qalmasına baxmayaraq, cənublular doğma meydanda inamlı qələbəyə sevinməyi bacarıblar.

Nəhayət, turun qapanış matçında “Sumqayıt” “İnter”i qəbul edib. Bakılılar liderlər qrupunda mövqelərini qorumaq üçün səfərdən qələbə ilə qayıtmağı hədəfləmişdilər. Amma bir neçə gün öncə yeni baş məşqçiyə - Samir Abasova tapşırılan sumqayıtlıların da bu görüşdə böyük istəklə mübarizə aparacağı gözlənilən idi. Elə görüşdə hesabı da məhz meydan sahibləri açıblar. Lakin ilk yarıda qonaqlar bu qolun əvəzini çıxmağa nail olublar. İkinci hissədə başqa qol vurulmadığından, oyun sülhlə bitib.

Topaz Premyer Liqası
8-ci tur

18 oktyabr (bazar)

“Xəzər Lənkəran” - AZAL - 3:1 (1:1)
Qollar: K.Abdullazadə, 19 (1:0). M.Səttarlı, 33 (1:1). S.Tounkara, 65 (2:1). K.Abdullazadə, 90 (3:1).
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, Cavanşir Yusifov, Ziya Nəsirov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 12. İlyas Səfərzadə, 16. İbrahim Qədirzadə, 32. Zaman Mirzəzadə.
Baş məşqçi: Yunis Hüseynov.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov, 3. Tural Hümbətov, 4. Qvanzan Maqomedov, 24. Emin Cəfərquliyev, 6. Tagim Novruzov, 14. İlqar Ələkbərov (k), 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 27. Aleksandr Quruli, 19. Məhəmməd Bədəlbəyli.
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 5. Kamil Hüseynov, 50. Sənan Məmmədli, 28. Müşfiq Teymurov, 11. Ruslan Nəsirli, 7. Tərlan Xəlilov, 22. Kənan Mirzəyev.
Baş məşqçi: Tərlan Əhmədov.
 
“Sumqayıt” - “İnter” - 1:1 (1:1)
Qollar: P.F.Azad, 10 (1:0). N.Kvekveskiri, 36 (1:1).
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Nail Nağıyev.
Sumqayıt. “Kapital Bank Arena”.

“Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 3. Vurğun Hüseynov (k), 7. Pərdis Fərcad–Azad, 10. Uğur Pamuk, 14. Bəxtiyar Həsənalızadə, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 24. Amit Quluzadə, 23. Tural Rzayev, 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Nuran Qurbanov, 9. Mirzağa Hüseynpur, 13. Murad Ağayev, 22. Tofiq Mikayılov, 27. İsmayıl Babayev, 99. Əli Əlimərdanlı.
Baş məşqçi: Samir Abasov.
“İnter”: 96. Elşən Poladov (k), 5. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 10. Elnur Abdullayev, 15. Stepan Polyak, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 23. Dieqo Martins, 24. Fuad Bayramov, 88. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 91. Şahin Zəkiyev, 3. Xuan Fransisko, 9. Limam Seydi, 17. Mirsahib Abbasov, 18. Mənsur Nəhavəndi, 30. Abbas Hüseynov, 77. Emilian Vila.
Baş məşqçi: Zaur Svanadze.

Turun digər oyunları: "Rəvan” - “Kəpəz” - 0:2, “Neftçi” - “Qəbələ” - 0:1, "Qarabağ” - “Zirə” - 4:1.

Bombardirlər:
5
- Riçard Almeyda ("Qarabağ")
4 - Aleksey Qay ("Qəbələ"), Samuel Armenteros ("Qarabağ"), Aleksey Antonov ("Qəbələ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.