18 oktyabr 2015 01:15
XL - AZAL matçı təxirə salına bilər
Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - AZAL matçı təxirə salına bilər. Azerisport.az xəbər verir ki, buna səbəb xeyli müddətdir Lənkəranda hökm sürən güclü leysan yağışlarıdır.
Yağış yaxın saatlarda kəsməsə, matçın təxirə salınması istisna olunmur. Çünki Lənkəran şəhər stadionu hazırda su altında qalıb. Bununla bağlı yekun qərar matçın startına bir neçə saat qalmış veriləcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" - AZAL matçı bu gün keçiriləcək və saat 18:00-da start götürəcək.
