18 oktyabr 2015 01:00

Aqil Məmmədov: Bizdə Neftçiyə layiq hücumçu yoxdur

"Neftçi"nin qapıçısı Aqil Məmmədov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiniz?
- "Qəbələ" güclü komandadır, yaxşı heyəti var. Bəhanə axtarmaq fikrim yoxdur, kimin təcrübəsiz, kimin təcrübəli olduğunu da demək istəmirəm. Pis oynadığımızı deməzdim. Görüşü heç-heçə başa vura bilərdik. Rəqib kimi, bizim də qol vurmaq üçün bir neçə şansımız oldu. Son dəqiqələrdə buraxdığımız qolla məğlub olduq. Üzücüdür.

- Rəqib son 20-25 dəqiqədə sizdən fərqli, çox fəal idi...
- Onlar təzyiqi artırmağa başladılar, biz isə müdafiəyə çəkilməyə məcbur olduq. Uşaqların bəzisi yorulmuşdu.

- Bu, nə ilə bağlıdır?
- Ola bilsin ki, yorğunluq var idi. Hücum xəttində problemlərimiz var. Komandada "Neftçi"yə lazım olan keyfiyyətdə hücumçu yoxdur.

- Qol buraxdığınız epizodda topu dəf etməyinizə nə mane oldu?
- Həmin anda top bir neçə dəfə istiqamət dəyişdi. Ona görə də mən yaxın məsafədən vurulan zərbə zamanı topu itirdim, görə bilmədim.

- Oyundan sonra çox emosional görünürdünüz. Bu, nə ilə bağlı idi?
- Son dəqiqələrdə qol buraxıb, məğlub olursansa, bu, insana istər-istəməz təsir edir. Həm də bu qədər əziyyətimizdən sonra.

- Azarkeşlər oyundan sonra çox aqressiv idilər. Onlar hətta məğlubiyyətə görə ayrı-ayrı futbolçuları günahlandırırdılar...
- Kənardan azarkeşlərə hər şey daha aydın görünür.

- "Kəpəz" sizi turnir cədvəlində qabaqladı...
- Çempionatda hələ mübarizə yenicə qızışır. Çox oyunumuz olacaq. Həmin oyunlarda turnir cədvəlinin üst pillələrinə çıxmaq şansımız var. Yaxşı transferlər edə bilsək, vəziyyəti yaxşıya doğru dəyişə bilərik.

- Sizcə, komandaya yeni transferlər lazımdır?
- Samir Əliyev meydana kimi buraxsın? Hamısı gənc futbolçulardır. Təcrübəlilərin də hamısı meydanda idi. Nəyisə dəyişmək üçün gərək ehtiyatda da təcrübəli futbolçun olsun.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.