18 oktyabr 2015 00:50
Millimizin müdafiəçisi oynadı, komandası darmadağın oldu
İsveç çempionatında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Malmö" ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Emin bu dəfə də start heyətdə yer alıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Kalmar" hazırda 27 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.
