18 oktyabr 2015 00:40
Emil Balayevsiz Ayntraxt darmadağınla üzləşdi
Almaniya Bundesliqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi doğma meydanda Münhenqladbax "Borussiya"sı ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:5 hesablı məğlubiyyəti ilə başa çatıb. Zədəli olan Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 9 xalla 13-cü pillədə qərarlaşıb.
