18 oktyabr 2015 00:30
Eddi İsrafilovsuz Eybardan xal itkisi
İspaniya La Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Sevilya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən 1:1 hesablı heç-heçə ilə ayrılıb. İsrafilovun adı bu matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Eybar" hazırda 13 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
