18 oktyabr 2015 00:20
Millimizin sabiq futbolçusu oynadı, komandası xal itirdi
Türkiyə PTT 1-ci liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Boluspor"la qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq bu dəfə 75-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 14 xalla 4-cü pillədə qərarlaşıb.
