18 oktyabr 2015 00:05
Kamran Ağayev 2 qol buraxdı, komandası uduzdu
Türkiyə PTT 1-ci liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" da növbəti matçında çıxıb.
Sözügedən klub səfərdə "Karabükspor"la qarşılaşıb. "Karşıyaka" bu görüşdə 1:2 hesablı məğlubiyyətlə üzləşib. Start heyətdə meydana çıxan Kamran yenə 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, "Karşıyaka" 7 turdan sonra 6 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.
