17 oktyabr 2015 16:00
Subaşiçin komandası qələbə qazandı
Serbiya Super Liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Rad"la qarşılaşıb. Matç Subaşiçin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxmış Branimir matçın 82-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, "OFK Belqrad" hazırda 12 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.
