17 oktyabr 2015 15:00
Yığmamızın futbolçusu 90 dəqiqə oynadı, komandası qalib gəldi
Almaniya Qərb Regional Liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə "Viktoriya Köln 1904" ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 16 xalla 19 klub arasında 10-cu pillədə qərarlaşıb.
