17 oktyabr 2015 14:00
Elxan Məmmədov: Millimiz rəqiblərini regionlarda qəbul edə bilər
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan yığmasının oyunlarının regionlarda keçirilməsinin mümkünlüyündən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Noyabrda Moldova ilə yoxlama oyunu keçirmək istəyirik. Onlarla artıq razılığa gəlmişik. Görüş Bakıda keçiriləcək. Növbəti mövsümdən etibarən milli komandanın oyunlarını regionlarda keçirməyi planlaşdırırıq. Moldova ilə görüşə gəlincə, biz hələ bu qarşılaşmanın hansı stadionda baş tutacağına aydınlıq gətirməmişik".
