17 oktyabr 2015 11:00
Qarabağın rəqibi xal itkisi ilə üzləşdi
Fransa çempionatında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Monako" da növbəti matçına çıxıb.
Knyazlıq təmsilçisi doğma meydanda Lion "Olimpik"i ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Monako" 10 turdan sonra 14 xalla 10-cu pillədə qərarlaşıb.
