16 oktyabr 2015 20:20
Çingiz Abdullayev: Yaxşısı 20 milyon qazanacağımızı yazın
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev klubun yeni titul sponsoru "Asan Xidmət"lə müqavilənin dəyərinin 10 milyon manat olması barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Deyirlər ki, "Asan xidmət" bu müqaviləyə görə bizə 10 milyon manat ödəyəcək. Bu, düz deyil. Ən yaxşısı siz, 20 milyon manat alacağımızı yazın. Biz yeni səviyyəyə qalxmaq, "Asan xidmət"in və "Neftçi"nin nüfuzunu qaldırmaq istəyirik".
