16 oktyabr 2015 20:10
Neftçinin titul sponsoru bəlli oldu
"Neftçi"nin yeni titul sponsoru müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu gün "Neftçi" PFK və "ASAN Xidmət" arasında buna dair əmakdaşlıq haqqında müqavilə imzalanıb.
Bakı Biznes Mərkəzində baş tutan tədbirdə klub tərəfindən müqaviləni icraçı direktor Elnur Məmmədov, "ASAN Xidmət" tərəfindən isə qurumun sədr müavini Ulvi Mehdiyev imzalayıb. Müqaviləyə əsasən, "ASAN Xidmət" "Neftçi"nin əsas komandasının titul sponsoru olacaq.
Qeyd edək ki, "ağ-qaralar" artıq sabah baş tutacaq "Qəbələ" ilə Topaz Premyer Liqasının 8-ci tur matçından etibarən yeni titul sponsorunun loqosu olan formalarla meydana çıxacaq.
