16 oktyabr 2015 20:00
Çingiz Abdullayev Neftçi Müşahidə Şurasının yeni üzvlərinin adını açıqladı
"Neftçi"nin Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev yeni şura üzvlərinin kimliyini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz "Neftçi"də dəyişikliklərə başlamışıq və bu, hələ də davam edir. SOCAR bizə yeni şura üzvlərini özümüzün seçməyimizə razılıq verdi. Dünyasını dəyişən Mübariz Zeynalovla klubdan gedən cüdo federasiyasının yeni vitse-prezidenti Sadıq Sadıqovu yeniləri ilə əvəzləmişik. İndi Müşahidə Şurasının yeni üzvlərini açıqlamaq istəyərdim. Bunlar "Neftçi"nin yetirməsi olmuş Əsgər Abdullayev, Azərbaycanın Dövlət mükafatı Laureatı, Bakı Musiqi Akademiyasının rektoru, bəstəkar, pianoçu Fərhad Bədəlbəyli, eləcə də Mehdi Nəcəfovdur.
