16 oktyabr 2015 19:00

Qəbələ zirvə, Neftçi isə revanş arzusunda

Milli komandamızın Avropa çempionatının seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə bu gün basa çatır. Azerisport.az xəbər verir ki, bu gün çempionatda startı veriləcək 8-ci turun görüsləri 3 gün davam edəcək.

“Qəbələ” oktyabrın 17-də saat 15:30-da Bakıda “Neftçi”nin qonağı olacaq. Təbii ki, bəri başdan matçın gərgin və maraqlı idman mübarizəsi şəraitində keçəcəyini söyləyə bilərik. Hərçənd, heyəti əsasən gənclərdən qurulan “Neftçi” cari mövsümdə bir o qədər də yaxşı təsir bağışlamır. Ancaq istənilən halda, flaqman ötən tur çempionatın debütantı “Zirə”yə məğlubiyyətdən (0:2) sonra xal itirməməyə çalışacaq. Rəqibi qələbəyə kökləyən digər amil isə revanş hissidir. Axı bakılılar “Qəbələ” ilə son qarşılaşmada meydandan məğlub ayrılıblar. Söhbət bu ilin aprelində Premyer Liqanın 2014/15 mövsümünün 30-cu turu çərçivəsində paytaxtda qeydə alınan 1:3 hesabından gedir.

“Qırmızı-qaralar”ın isə daha ciddi hədəfləri var. İki cəbhədə – həm Avroliqada, həm də çempionatda layiqli mübarizə aparan bu komanda uğurlu nəticə qazanmağa çalışır. Bu baxımdan, “Neftçi” ilə səfər matçı da istisna olmayacaq. Ancaq bu oyundan 5 gün sonra, yəni oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsində “Borussiya” (Dortmund, Almaniya) ilə matçı nəzərə alan məşqçilər korpusu yəqin ki, futbolçuların gücünü qorumaq, onların zədədən yayınmasının qarşısını almaq niyyətindədir. Eyni zamanda, hazırda lider “Qarabağ”dan 1 xal geri qalan komanda “Neftçi” üzərində qələbə sayəsində zirvəni ələ keçirməyi düşünür.

Məşqçilər korpusundan söz düşmüşkən, qarşıdakı oyun baş məşqçi Roman Qriqorçukun “Neftçi”dəki həmkarı Samir Əliyevlə ilk görüşü olacaq. Əvvəlki iki matçda ukraynalı mütəxəssis Arif Əsədovun çalışdırdığı komandaya qarşı çıxış edib. Həmin “duel”lərin hər ikisində 3:1 hesabı qeydə alınıb. Bir dəfə “Neftçi”nin, ikinci halda isə “Qəbələ”nin xeyrinə.

Növbəni statistikaya verərək qeyd edək ki, milli çempionatlar tarixində 9 il ərzində komandalar arasında 28 görüş baş tutub. Bunların 8-də “Qəbələ”, 13-də isə “Neftçi” zəfər çalıb. Qalan 7 matç heç-heçə yekunlaşıb. Topların fərqi də bakılıların lehinədir – 27:39. Ancaq son iki ildə tərəflər arasında bərabərsəviyyəli mübarizə gedir. Bunu statistikaya əsasən də söyləmək mümkündür. Belə ki, axırıncı 6 qarşılaşmada hərəyə 2 dəfə sevinən komandalar, qalan 2 oyunda 0:0 hesablı bərabərliyə razılaşıblar. Fakt budur ki, “Qəbələ” artıq “Neftçi” üçün arzuolunmaz rəqibə çevrilib. Son iki mövsümdə məhz "Qəbələ" Bakı təmsilçisini liderlər qrupundan sıxışdıraraq, çempionatın medallarına həsrət qoyub. ("Qəbələ" İK)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.