16 oktyabr 2015 15:20
Ruslan Qurbanov: Dindar biriyəm, heç kimə nəyisə sübut etməyəcəm
Azərbaycan yığmasının və "Neftçi"nin hücumçusu Ruslan Qurbanov Dövlət Yol Polisi əməkdaşları tərəfindən içkili vəziyyətdə avtomobil idarə edərkən saxlanılması barədə yayılmış xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Doğrudan da məni bu yaxınlarda yol polisi saxlayıb. Təsadüfən qırmızı işıqda keçmişdim, buna görə də radara düşmüşdüm. Maşınımı da cərimə meydançasına bu üzdən aparmışdılar. Mənim yanımda "Qarabağ" və "Neftçi"nin futbolçularından heç kim olmayıb. Tək gedirdim. Artıq üç ildən çoxdur ki, içki içmirəm. İnanan biriyəm. Heç kimə nəyisə sübut etməyəcəyəm. Əsas odur ki, öz vicdanım qarşısında təmizəm".
