16 oktyabr 2015 14:40
"Artıq Azərbaycanla oyuna köklənmişik"
Almaniyanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi Horst Hrubeş AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində keçirəcəkləri qarşıdakı Azərbaycan və Avstriya ilə oyunlar öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Hazırda biz qarşıdakı Azərbaycan və Avstriya ilə ev oyunlarına köklənmişik. Fikrimcə, Avstriya ilə oyun daha xüsusi əhəmiyyət kəsb edir. Çünki bu komanda hazırda liderlik uğrunda bizim əsas rəqiblərimizdəndir".
Qeyd edək ki, Almaniya - Azərbaycan matçı noyabrın 13-də Regensburqda keçiriləcək.
