16 oktyabr 2015 11:20
Qəbələnin yarımmüdafiəçisi sıraya dönür
"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov xeyli müddətdir ki, zədədən əziyyət çəkirdi. Azerisport.az xəbər verir ki, o, artıq zədəsini sağaldıb.
Futbolçu artıq məşqlərə başlayıb. Amma onun "Neftçi" ilə Topaz Premyer Liqasının 8-ci turu çərçivəsindəki qarşılaşmada meydana çıxması sual altındadır.
