16 oktyabr 2015 00:25
Millimiz FİFA reytinqində 12 pillə geriləyə bilər
Futbol üzrə Azərbaycan yığmasını FİFA-nın növbəti reytinq cədvəlində geriləməsi gözlənilir. Azerisport.az xəbər verir ki, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya (1:3) və Bolqarıstanla (0:2) oyunlardakı məğlubiyyət millimizə baha başa gələcək.
Belə ki, komandamızın 12 pillə geriləyərək 117-ci olması proqnozlaşdırılır. Komandamızın hesabında 293 reytinq xalı olacaq.
Qeyd edək ki, millimiz hazırda 328 xalla 105-ci sıradadır.
