16 oktyabr 2015 00:20
Rauf Əliyevi əməliyyat gözləyir
Azərbaycan yığmasının və "İnter"in hücumçusu Rauf Əliyev oktyabrın 20-də Almaniyaya yollanacaq. Azerisport.az xəbər verir ki, onu bu ölkədə cərrahiyyə əməliyyatı gözləyir.
Hücumçu Almaniya səfərinin növbəti günü Münhendəki klinikalardan birində cərrah masası üzərinə uzanacaq. Əliyev təxminən 10 gün bu şəhərdə qalıb, reabilitasiya kursu keçəcək.
Qeyd edək ki, Rauf Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" ilə oyunun sonlarında zədələnmişdi.
