16 oktyabr 2015 00:10

Topaz Premyer Liqasında 8-ci tur həyəcanı

Bu həftə Topaz Premyer Liqasında 8-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranan fasilədən sonra baş tutacaq tur 3 gün davam edəcək.

İlk oyun günündə bir görüş baş tutacaq. “Rəvan” doğma meydanda “Kəpəz”lə qarşılaşacaq. Bu komandalar indiyə qədər 8 oyunda üz-üzə gəliblər ki, onların 3-də "aslanlar", 5-də isə gəncəlilər qələbəyə seviniblər. Bir sözlə, bu iki klub indiyə qədər heç-heçə etməyib. “Kəpəz” ardıcıl 3 oyundur qalib gələ bilmir. “Rəvan”ın meydanındakı bütün oyunlarda 3 və daha çox qol vurulub. Paytaxt təmsilçisi bu qarşılaşmaların 4-də də qol sevinci yaşayıb. Qələbə sayında bölgə təmsilçisi üstün olsa da, top fərqində bakılıların üstünlüyü var - 15:12. Bu oyunda "Kəpəz"i favorit saymaq olar. Çünki sonuncu pillədə qərarlaşan Emin Quliyevin komandası ilə müqayisədə, Şahin Diniyevin çalışdırdığı kollektiv 8 xalla altıncı pillədə qərarlaşıb. "Rəvan"ın bu görüşdə 1 xal qazanması da meydan sahibləri üçün uğur sayıla bilər. Amma "aslanlar"ın bu tur ilk qələbəsini qazanması da istisna olunmur.

İkinci oyun günündə prinsipial görüşlər baş tutacaq. Belə ki, “Neftçi” “Qəbələ”ni, "Qarabağ" isə "Zirə"ni qəbul edəcək. Qeyri-sabit çıxışı ilə diqqət çəkən "ağ-qaralar" liderlər qrupundan ayrı düşdüyündən ikinci pillədə qərarlaşan "Qəbələ"ni mütləq məğlub yola salmalıdır. Amma bir neçə gün sonra Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək Roman Qriqorçukun komandası belə vacib matç öncəsi düşərgədəki ab-havanı daha da yaxşılaşdırmaq üçün Bakıya 3 xal üçün gəlir. Bu komandalar arasında indiyə qədər 28 oyun baş tutub ki, onların 13-də bakılılar, 8-də isə qəbələlilər qalib gəliblər. Daha 7 qarşılaşmada heç-heçə qeydə alınıb. Top fərqində də bakılıların ciddi üstünlüyü var - 39:27. Son 6 qarşılaşmada meydan sahibi olan komanda qalib gəlməyib. Son 11 oyundan 9-da hər iki komanda qol vurub.

"Qəbələ" və "Neftçi"dən fərqli, “Qarabağ”la “Zirə” indiyədək qarşılaşmayıblar. Amma bu görüşə kifayət qədər böyük maraq var. Çünki hər iki komanda hazırda liderlər qrupunda qərarlaşıb. Ağdam klubu ilk pillədə yer alıbsa, zirəlilər bu komandadan cəmi iki xal geri qalır və üçüncü sıradadır. Maraqlıdır ki, həm Qurban Qurbanovun, həm də Adil Şükürovun kollektivi hələ cari mövsümdə məğlubiyyətlə üzləşməyib. Bir sözlə, bu görüş iki məğlubiyyət tanımayan komandanın dueli kimi qiymətləndirilə bilər.

Son oyun günündə də iki qarşılaşma keçiriləcək. Əvvəlcə “Xəzər Lənkəran” ev oyununda AZAL-la münasibətlərinə aydınlıq gətirəcək. Bu iki klub 28 dəfə qarşılaşıblar. Həmin oyunlarda cənubluların böyük üstünlüyü var. 14 dəfə bu komanda qalib gəlibsə, cəmi 5 dəfə "təyyarəçilər" 3 xala seviniblər. 9 dəfə isə tərəflər meydanı 1 xalla tərk ediblər. Top fərqində də "ağ-yaşıllar" üstündürlər - 36:22. Rəqiblərin son 8 oyununda qonaq komanda qalib gəlməyib. “Xəzər Lənkəran” ardıcıl 9 matçdır meydanı qolsuz tərk etmir. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandaların duelində kimisə favorit göstərmək çətindir. Bu üzdən də meydanda maraqlı mübarizə görəcəyimiz şübhəsizdir.

Nəhayət, turun qapanış matçında “Sumqayıt” “İnter”i qəbul edəcək. Sumqayıtın eyniadlı klubu indiyədək cəmi 1 dəfə qalib gəlsə də, son 3 oyunda uduzmayıb. “İnter” səfərdəki 6 matçdan yalnız birində qol buraxıb. Bakılılar əvvəlki 12 oyundan 8-də qalib gəliblər. Elə top fərqində də "İnter" üstündür - 18:4. Bakılılar liderlər qrupunda mövqelərini qorumaq üçün səfərdən qələbə ilə qayıtmağa çalışacaq. Amma bir neçə gün öncə yeni baş məşqçiyə - Samir Abasova tapşırılan sumqayıtlıların da bu görüşdə böyük istəklə mübarizə aparacağını proqnozlaşdırmaq olar.

Topaz Premyer Liqası
8-ci tur

16 oktyabr (cümə)

20:30. “Rəvan” - “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mübariz Haşımov, Munis Abdullayev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Bayıl Arena”.

17 oktyabr (şənbə)

15:30. “Neftçi” - “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

18:00. “Qarabağ” - “Zirə”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Vüsal Əliyev.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

18 oktyabr (bazar)

18:00. “Xəzər Lənkəran” - AZAL
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, Cavanşir Yusifov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
 
20:00. “Sumqayıt” - “İnter”
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Nail Nağıyev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Murad Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.

Bombardirlər:
4
- Aleksey Qay ("Qəbələ").
3 - Rahid Əmirquliyev ("Xəzər Lənkəran"), Dieqo Martins ("İnter"), Riçard Almeyda ("Qarabağ"), Aleksey Antonov ("Qəbələ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.