15 oktyabr 2015 18:40
Samir Musayev: Yığmada elə futbolçular var ki, onlarla qələbə qazanmaq mümkünsüzdür
Azərbaycan yığmasının sabiq futbolçusu Samir Musayev millimizin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı səfər oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Matç barədə çox danışmağa dəyməz. Çünki mən meydanda matçın mümkün qədər tez başa çatmasını istəyən komanda gördüm. Bizimkilərin meydanda nə etmək istədiyini başa düşmək olmurdu. Hər kəs özü üçün oynayırdı. Bizim futbolçularda istək yox idi. Bəzi futbolçular xarakter göstərə bilmədilər. Heç bir oyun intizamı görünmürdü. Bir sözlə, gözlədiyimizi görə bilmədik. Yığmada bəzi futbolçular var ki, onlarla qələbə qazanmaq mümkünsüzdür".
