15 oktyabr 2015 18:20

Əfran İsmayılov: Belə zəif çıxış edəcəyimizi gözləmirdim

Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirilmiş oyundan (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Bu oyundan üç gün öncə İtaliya ilə ağır oyuna çıxmışdıq. Buna baxmayaraq, bütün gücümüzü toplayıb, Sofiyada da yaxşı oyun sərgiləmək, nəticə qazanmaq istəyirdik. Amma alınmadı. Birinci hissədə çox zəif oynadıq. İkinci hissədə oyunda dönüş yaratmağa çalışsaq da, bu cəhdlərimiz də faydasız qaldı. Bu, tsiklin son oyunu idi. Artıq geridə qalan seçmə mərhələni unudub, növbəti tsikl barədə düşünməliyik. Qarşıda bizi daha maraqlı və vacib oyunlar gözləyir.

- Kənardan yığmamız çox istəksiz görünürdü...
- Elə deməzdim. Böyük ehtimalla zəif çıxış etdiyimiz üçün elə təəssürat yaranıb. Etiraf edim ki, belə zəif çıxış edəcəyimizi gözləmirdim. Bu oyundan nəticə çıxarmalıyıq. İtaliyaya qarşı daha yaxşı oynamışdıq.

- Ola bilər ki, bolqarlara qarşı düzgün taktika seçilməmişdi?
- Bu, baş məşqçinin işidir. Ona görə də bu barədə heç nə deyə bilmərəm.

- Bütövlükdə, seçmə mərhələni yığmamız üçün necə qiymətləndirərdiniz?
- Seçmə mərhələni iki hissəyə bölmək olar. Birinci hissə Berti Foqtsun dövrünə təsadüf edirdi, ikinci hissə isə Robert Prosineçkinin. Hamı yaxşı bilir ki Foqtsun dövrünə təsadüf edən ilk dörd oyunumuzun hamısında məğlub olmuşduq. Bunun da nəticəsi kimi almaniyalı mütəxəssis baş məşqçi postundan istefa verdi. Robert Prosineçkinin dövründə isə daha uğurlu çıxış etdik. Daha çox xal toplaya bilərdik. Yeni baş məşqçi ilə inkişaf hiss olunur.

- Növbəti tsikldə yığmamızın kapitanı Rəşad Sadıqovsuz oynaya bilərsiniz...
- O, mənim ən yaxın dostlarımdan biridir. Təlim-məşq toplanışlarında bir otaqda qalırıq. O, əsl peşəkardır. Tutaq ki, Rəşad yığmadan getdi. Müdafiədə ancaq Ruslan Abışovla Bədavi Hüseynov qalacaq. Onların da heç biri cəzadan, zədədən sığortalanmayıb. Belə olan halda nə edəcəyik? Rəşad yığmamız üçün nəinki meydanda, hətta ondan qıraqda da əsl liderdir. Hesab edirəm ki, o, yığmada qalmalıdır. Sadıqov bizə çox şey verə bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.