15 oktyabr 2015 17:40
UEFA Bakcell Arenanın qazonu ilə bağlı məsələ qaldırdı
Oktyabrın 22-də "Qəbələ" Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək. Azerisport.az xəbər verir ki, bu qarşılaşma Bakıdakı "Bakcell Arena"da baş tutacaq.
UEFA bununla əlaqədar stadionun ot örtüyünü ideal vəziyyətdə saxlamaqla bağlı "Qəbələ"nin qarşısında məsələ qaldırıb. Bölgə təmsilçisi məhz bu üzdən "Neftçi" ilə Topaz Premyer Liqasının 8-ci turu çərçivəsindəki səfər matçının fərqli arenada keçirilməsini xahiş edib.
Qeyd edək ki, "Neftçi" - "Qəbələ" matçı oktyabrın 17-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.
