15 oktyabr 2015 16:00
Pereyra Qəbələni tərk edə bilər
"Qəbələ"nin hücumçusu Fakundo Pereyra vətəninə dönmək istəyir. Azerisport.az xəbər verir ki, Yunanıstanın PAOK klubuna məxsus olan Argentinanın "Ximnasiya" komandasında çıxış etmək arzusundadır.
Artıq sözügedən klubun nümayəndələri Pereyra ilə ilkin söhbət aparıblar. Komandanın baş məşqçisi Pedro Trolyo da onunla söhbətləşib.
Qeyd edək ki, Pereyra "Qəbələ"yə bu mövsümün əvvəlində gəlib. O, mövsümün sonunadək bu klubda icarə əsasında çıxış etməlidir.
