15 oktyabr 2015 15:00

Qriqorçuk: Borussiya ilə oyun ikinci plandadır, bizi öncə Neftçi ilə oyun gözləyir

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- AÇ-2016-nın seçmə mərhələ oyunları ilə əlaqədar yaranmış fasilədən necə yararlandınız?
- Bir qədər istirahət etdik. "Qarabağ"la yoxlama oyunu (2:1) keçirdik. İndi isə "Neftçi" ilə oyuna hazırlaşırıq. Komandadan çox razıyam. Uşaqlar hazırlığa ciddi yanaşırlar. Komand üzvlərinə işlərinə belə ciddi yanaşdıqlarına görə təşəkkürümü də bildirmişəm.

- "Neftçi" ilə görüşdən nə gözləyirsiniz? Bakılılar qeyri-sabit çıxış edirlər...
- Çox yaxşı komandadır. Onlar yaxşı futbol sərgiləməyə çalışırlar. Belə komandalara qarşı oynamaq çox çətindir. Bizi necə çətin oyun gözlədiyini başa düşürük.

- Sizi ən çox narahat edən nədir?
- Əsas hədəfimiz "Neftçi"yə istədiyi futbolu sərgiləməyə imkan verməməkdir. Onlara belə imkan yaratsaq, bizə çox çətin olacaq.

- Yəqin ki, rəqibi öyrənərkən bu komandanın "Qarabağ"a qarşı oyununu da izləmisiniz...
- Növbəti rəqibimizin bir neçə oyununa baxmışam. Amma məhz "Qarabağ"la oyunlarından başlamışam. Digər oyunlarını da izlədim ki, əslində necə təsir bağışladıqlarını bilim.

- Yığma komandalara gedən futbolçularınız hansı vəziyyətdə geri dönüblər?
- Azərbaycan yığmasına gedən futbolçuların Sofiyadan ötən gün qayıdıblar. Onlara daha bir istirahət günü vermişik. Çünki onların evlərində olması lazımdır. Bu gün isə Qəbələyə gələcəklər. Estoniya yığmasının hücumçusu Sergey Zenyov yaxşı vəziyyətdə qayıdıb. Ermin Zets isə Bosniya və Herseqovina yığmasından zədəli dönüb. Onun qarşıdakı oyuna qədər hazır olub-olmayacağını bilmirik.

- "Neftçi" ilə oyundan beş gün sonra sizi Avropa Liqasının qrup mərhələsi çərçivəsində Dortmund "Borussiya"sı ilə ev oyunu gözləyir. Bu üzdən demək olar ki, "Neftçi"yə qarşı da əsas heyət oyunçularını buraxacaqsınız?
- Bu, bizim prinsipimizdir. Onu istənilən halda dəyişməyə hazırlaşmırıq. İşə ən düzgün yanaşma da budur.

- Artıq Almaniya klubu ilə oyunu düşünməyə başlamısınız?
- Xeyr. Düzdür, mənim vaxtım var idi və "Borussiya" barədə çoxlu material toplamışam. Futbolçulara bu komanda ilə oyun ərəfəsində göstərəcəyim bütün materialları hazırlamışam. Amma bu, hələlik, ikinci yerdədir. Çünki bizi qarşıda "Neftçi" ilə oyun gözləyir. Bizə bakılılar üzərində qələbə qazanmaq lazımdır. Buna nail olmaq isə çox çətin olacaq. Ona görə də bütün diqqətimiz bu görüşə yönəlib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.