15 oktyabr 2015 14:40
Qəbələnin hücumçusu yığmadan zədəli qayıtdı
"Qəbələ"nin hücumçusu Ermin Zets Bosniya və Herseqovina yığmasının düşərgəsindən zədəli qayıdıb. Azerisport.az xəbər verir ki, hazırda onun Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Neftçi"yə qarşı oynayacağı tam dəqiqləşməyib.
Qeyd edək ki, Zets zədəli olması səbəbindən yığma komandada da Uels və Kiprə qarşı forma geyə bilməmişdi.
