Vaqif Sadıqov: Baş məşqçi istefaya göndərilə bilərmi?
AFFA Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqov gənclərdən ibarət yığmamızın çıxışı ilə bağlı keçirəcəkləri iclas öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İstərdim ki, iclasımızda komitənin bütün üzvləri iştirak etsin. Hələlik, hamısı burda deyil. Yaxın günlərdə Yaşar Vahabzadə ilə görüşəcəyik, onun fikirlərini öyrənəcəyik. Həmçinin, Robert Prosineçkinin də fikirlərini öyrənmək istərdik. O, oktyabrın 20-də gələcək. Vahabzadə istefaya göndərilə bilərmi? Yaşar bu komanda ilə çalışmış ən yaxşı mütəxəssislərimizdən biridir. Onun gənc futbolçularla böyük iş təcrübəsi var. Biz onun namizədliyini irəli sürməkdə səhv etməmişik. Amma məğlubiyyətdən də heç kim sığortalanmayıb. Bu məğlubiyyətlərdə bəzi problemlərin rolu böyük oldu. Hansı ki, biz həmin problemləri aradan qaldırıb, bunların bir daha təkrarlanmamasına çalışmalıyıq. Bu, mənim şəxsi fikrimdir".
