15 oktyabr 2015 11:15
Elçin Məmmədov BATE – Barselona oyununda
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyin olunub. Azerisport.az xəbər verir ki, o, oktyabrın 20-də, Borisov şəhərindəki Borisov Arenada keçiriləcək BATE (Belarus) - "Barselona" (İspaniya) oyununa matçın direktoru (UEFA Venue Director) təyinatı alıb.
