15 oktyabr 2015 00:30

Xəzər Lənkəranın Azərbaycan milli komandasında 26-cı futbolçusu

Azərbaycan milli komandasının AÇ-2016-nın seçmə mərhələsindəki son oyununda “Xəzər Lənkəran”ın 2 futbolçusu iştirak edib. Azerisport.az xəbər verir ki, yığmanın Sofiyada Bolqarıstana 0:2 hesabı ilə uduzduğu qarşılaşmada Rahid Əmirquliyev və Elnur Cəfərov start heyətində yer alıblar.

90 dəqiqə meydanda olub, sarı vərəqə alan Əmirquliyev millidə ümumilikdə 47-ci matçını keçirib. 26 yaşlı yarımmüdafiəçi yığmadakı bütün oyunlarda “Xəzər Lənkəran”ın üzvü kimi iştirak edib.

18 yaşlı Cəfərov üçün isə Bolqarıstanla matç debüt qarşılaşması olub. Gənc hücumçu ölkənin əsas komandasında 1-ci matçını keçirib. O, “Xəzər Lənkəran”ın tarixinə Azərbaycanın əsas yığmasında oynamış 26-cı təmsilçisi kimi düşüb.

Belə ki, bu klubun yarandığı 2004-cü ildən bu oyunadək “ağ-yaşıllar”ın 25 üzvü millinin matçlarında meydana çıxmışdı. Cəfərovun 26-cı olduğu siyahıya Əmirquliyev başçılıq edir. “Xəzər Lənkəran”ın oyunçusu kimi 47 matç keçirən kapitandan başqa klubun 6 təmsilçisi də 10-dan artıq qarşılaşmada bu komandanın üzvü olmaqla milli forması geyinib. Bunlar Kamran Ağayev (31), Elnur Allahverdiyev (19), İlqar Qurbanov (16), Branimir Subaşiç (12), Emin Quliyev (11) və Vüqar Nadirovdur (11). Cəfərov da daxil olmaqla digər 19 oyunçunun hesabında isə 10 və ya daha az matç var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.