15 oktyabr 2015 00:20

Neftçi tərəfindən seleksiya xarakterli məşq təşkil olunub

Ötən gün “Neftçi” PFK tərəfindən 201 saylı tam orta məktəbin futbol meydançasında seleksiya xarakterli təlim-məşq təşkil olunub. Azerisport.az xəbər verir ki, “Neftçi”nin Futbol Akademiyasının məşqçiləri tərəfindən aparılan məşqlərə Nizami rayonunun 201, 328, 227 və 312 saylı tam orta məktəblərində təhsil alan uşaqlar cəlb olunub.

Öncə iştirak üçün qeydiyyatdan keçmiş uşaqlar daha sonra meydançada bacarıqlarını nümayiş etdiriblər. “Neftçi” PFK-nın idman direktoru Vəli Qasımovun rəhbərliyi altında baş tutmuş seleksiya prosesində klubun seleksiyaçıları Bəxtiyar Musayev, Səmədağa Şıxlarov, eləcə də Futbol Akademiyasının məşqçiləri İslam Kərimov, Tural Kərimov, Emin Salmanov, Ruslan Qafitulin, Taleh Əzizov, Araz Qulamov, Hüseyn Məhəmmədov, İsmayıl Hüseynov ümumilikdə 117 uşağın futbol bacarığını yoxlayıblar.

Seleksiya xarakterli məşqi “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədovla yanaşı, Braziliyanın “Fluminense” klubunun Bakıda səfərdə olan nümayəndəsi Marselo Teşeyra da izləyib. Braziliyalı qonaq bu kimi tədbirlərin təşkil olunmasının futbolun inkişafında müstəsna rolu olduğunu bildirib. M.Teşeyra Azərbaycanda futbola böyük marağın olduğunu qeyd edərək, bu uşaqların arasından gələcəkdə məşhur futbolçuların çıxacağına əminliyini ifadə edib.

2 saatdan artıq davam etmiş seleksiya xarakterli məşqin sonunda iştirakçılar birgə xatirə şəkli çəkdiriblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.