15 oktyabr 2015 00:10
Neftçi rəsmisi Avropa Klublar Assosiasiyasının işçi qrupunun tərkibində
Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsi 2015-2017-ci illər üçün 5 işçi qrupunun tərkibini seçərək təsdiq edib. Azerisport.az xəbər verir ki, Avropa Klublar Assosiasiyasının “Marketinq və Kommunikasiya qrupu”nda “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov da yer alıb.
İşçi qrupunun üzvləri arasında İspaniyanın “Real" (Madrid), İtaliyanın “Milan”, Almaniyanın “Bavariya”, İngiltərənin “Arsenal” kimi klublarının nümayəndələri də var.
“Neftçi” PFK-ya ünvanlanmış məktubda ilin sonuna kimi qrup üzvlərinin iştirakı ilə təşkil olunacaq görüşün yeri və vaxtı haqqında əlavə məlumatın veriləcəyi bildirilib.
Əlavə olaraq Avropa Klublar Assosiasiyasının “Marketinq və Kommunikasiya qrupu”nun tam tərkibini təqdim edirik:

