14 oktyabr 2015 19:00
Neftçi Müşahidə Şurasına iki yeni üzv seçiləcək
"Neftçi" rəhbərliyi klubun Müşahidə Şurasına iki yeni üzv seçməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, dəqiq tarix bilinməsə də, paytaxt klubunun Müşahidə Şurasına tezliklə yeni üzvlər seçiləcək.
Onlardan biri bir müddət öncə dünyasını dəyişmiş Mübariz Zeynalovu əvəz edəcək. Digəri isə klubun sabiq prezidenti Sadıq Sadıqovu. Hansı ki, Sadıqov bir neçə gün öncə Müşahidə Şurasının üzvlüyündən istefa verdiyini açıqlayıb.
