14 oktyabr 2015 18:00
Nizami Sadıqov: Oyun bizim üçün çətin alındı
Azərbaycan Kubokunun 1/16 final mərhələsində MOİK klubunu məğlub edən “Turan Tovuz” adını 1/8 final mərhələsinə yazdırdı. Azerisport.az xəbər verir ki, 2:1 hesabıyla qalib gələn tovuzluların baş məşqçisi Nizami Sadıqov bunları söyləyib:
"Oyun bizim üçün çətin alındı. 10 nəfər qaldıqdan sonra ağır oldu. Lakin sonradan müəyyən dəyişiklik edib, qalib gəldik. Mərhələ adladığımıza görə şadam”.
