14 oktyabr 2015 16:30
Svetoslav Dyakov: Layiqli qələbə qazansaq da, məyusuq
Bolqarıstan yığmasının kapitanı Svetoslav Dyakov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Biz aqressiv oynadıq. Bunun da sayəsində qalib gəldik. Amma bütövlükdə bu tsikllə bağlı məyusluq var. Çünki uğur qazana bilmədik. Azərbaycanla son oyunda isə qələbəyə layiq idik".
