14 oktyabr 2015 16:15
Bojidar Mitrev: Azərbaycan ilə oyunda layiqli qələbə qazandıq
Bolqarıstan yığmasının qapıçısı Bojidar Mitrev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Biz yaxşı matç keçirdik. Azərbaycana qarşı oyuna aqressiv başladıq. Bunun da nəticəsi olaraq layiqli qələbə qazandıq".
