14 oktyabr 2015 16:00
Ruslan Abışov: Bolqarlara məğlub olacağımızı gözləmirdik
Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirilmiş səfər oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:2 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Belə məğlubiyyəti gözləmirdik. Biz oyuna çox pis başladıq. Matçda dönüş yaratmaq istəsək də, alınmadı. Halbuki, buna nail ola bilərdik. Tsikl başa çatdı. Təəssüf ki, seçmə mərhələyə qələbə ilə yekun vura bilmədik".
