14 oktyabr 2015 15:45
Maksim Medvedev Monako ilə oyunu buraxmalı olacaq
Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirilmiş səfər oyununda zədələnib. Azerisport.az xəbər verir ki, komandamızın 0:2 hesablı məğlubiyyətlə üzləşdiyi qarşılaşmanın 62-ci dəqiqəsində sıradan çıxan futbolçu əvəzlənmək məcburiyyətində qalmışdı.
Medvedevin bu zədəsinin ciddi olduğu ethimal edilir. Belə ki, ilkin məlumatlara görə, "Qarabağ"ın şərəfini qoruyan futbolçu ən azı iki həftə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Qarabağ"ı oktybrın 17-də Topaz Premyer Liqasında "Zirə" ilə ev, oktyabrın 22-də isə Avropa Liqasında Fransa "Monako"su ilə səfər oyunu gözləyir.
